Xəzər Xəbər

Koronavirusla bağlı təhlükəli tövsiyələr

Maraqlı | 12:47 • 3 Aprel 2020
Koronavirusla bağlı təhlükəli tövsiyələr

Koronavirusdan qorunmaq üçün sosial şəbəkələrdə verilən tövsiyələr təhlükəli ola bilər.

Bunu Rusiya paytaxtında yerləşən Vinoqradova adınaşəhər klinikixəstəxanasının baş həkimi Mariya Blinova "Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, kağız dəsmallardan müdafiə maskası düzəltməyi öyrədən videoçarxlara etimad etmək lazım deyil. O bildirib ki,koronavirus infeksiyasına yoluxmaqdan ancaq respirator kömək edə bilər, tibbi maska isə ətrafdakıları yoluxdurmamaq üçün maneə rolunu oynayır.

Bundan əlavə, maskaların propolisin spirtlicövhəri ilə işlənməsi mənasızdır, çünki tənəffüs yollarının yoluxmasının qarşısını almır.

Həkim insanlara"immuniteti yüksəltmək məqsədilə” heç bir halda hidrogen peroksid içməməyitövsiyə edib, çünki bu maddə orqanizmə ciddizərər verə bilər.

Xəbər lenti