Xəzər Xəbər

Yeni dünyaya gələn körpədə koronavirus aşkarlandı

Maraqlı | 16:04 • 31 Mart 2020
Yeni dünyaya gələn körpədə koronavirus aşkarlandı

İranın Məşhəd şəhərində yeni dünyaya gələn körpədə koronavirus aşkarlanıb.

Bu barədə "Mehr” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Məşhəd Tibb Elmləri Universitetinin müəllimi Əhməd Şah Fərhad Kovid-19 virusu daşıma şübhəsi olan ananın dünyaya gətirdiyi körpədən analiz götürüldüyünü və nəticənin pozitiv çıxdığını deyib.

İmam Rza Xəstəxanasında müalicə alan körpə 900 qram çəkidə dünyaya gəlib. İlk 24 saatı ciddi tənəffüs çatışmazlığı yaşayan körpə hazırda güvəcdə saxlanılır.

Xəbər lenti