Xəzər Xəbər

On aylıq uşaq saçları ilə hər kəsi heyrətləndirdi FOTO

Maraqlı | 13:12 • 22 Fevral 2020
On aylıq uşaq saçları ilə hər kəsi heyrətləndirdi

Böyük Britaniyadan olan on aylıq körpə gur saçları ilə məşhurlaşıb.

Bu barədə"The Mirror” xəbər yayıb.

Körpənin anası Alessandra Makkarinin sözlərinə görə, qızı Marissa dünyaya gələndə gursaçları ilə həkimləri də təəccübləndirib.

Qadın daha çox qızının gözlərinə heyran olduğunu bildirib:

"Mən onun gözlərinə vurulmuşdum. Başqaları isə mənə deyirdi: "Saçlarına bax, necə də gözəldir”.

32 yaşlı Makkari qızının saçlarının gec uzanacağını düşünüb, ancaq yanılıb, on aylıq olanda uşağın saçları artıq çiynindən olub.

Ana yaxın gələcəkdə qızının saçlarını kəsməyi düşünmədiyini vurğulayıb.

Qadının sözlərinə görə, küçədə gedərkən insanlar uşağın saçına heyranlıqla baxır, bəziləri isə hətta saçların əsl olduğuna şübhə ilə yanaşırlar.

"Tanımadığım şəxslər mənə deyirlər ki, gözəlliyinə görə Marissanı modellik biznesinə göndərməliyəm”, - deyə Makkari bildirib.

Xəbər lenti