Xəzər Xəbər

3 ölkənin gəmiləri girov götürüldü Müharibə yenidən alovlanır

Maraqlı | 11:28 • 19 Noyabr 2019
3 ölkənin gəmiləri girov götürüldü

Yəmənin Husi üsyançıları Qırmızı dənizdə 3 gəmini girov götürüb.

Bu barədə Husi hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sahil Mühafizəsi Xidməti biri Səudiyyə Ərəbistanına aid olmaqla, 3 gəmini Ukban adası yaxınlığında sərhəd qanunlarını pozduqları üçün saxlayıb.

Gəmilər Hudeydə rayonundakı Səlif limanına aparılıb.

Qeyd edək ki, daha əvvəl Yəmən Xarici İşlər naziri Məhəmməd əl-Hədrami Husiləri, ölkənin qərbində Cənubi Koreyaya aid bir gəmi və onu müşayiət edən iki qayığı girov götürməkdə ittiham etmişdi.

Qeyd edək ki, daha əvvəl İranla Səudiyyə Ərəbistanı və Cəbəllütariq arasında neft tankerlərinin girov götürülməsinə dair gərginliklər yaşanmışdı. Bu gərginliklər müharibə təhdidinə çevrilmişdi./publika.az

Xəbər lenti