Xəzər Xəbər

Nobelçi fizikdən ŞOK SÖZLƏR: "İnsanlar heç vaxt buna nail ola bilməyəcək"

Maraqlı | 14:08 • 15 Oktyabr 2019
Nobelçi fizikdən ŞOK SÖZLƏR:

İnsanlar Günəş sistemindən kənara çıxa bilməyəcək.

Bunu Fizika üzrə Nobel mükafatı alan professor Mişel Mayor deyib.

İlk dəfə Günəş sistemindən kənarda bir planet kəşf edən fizik bildirib ki, insanlar heç vaxt Günəş sisteminin xaricinə köç edə bilməyəcək. Bu fikir axmaqcadır. Çünki Günəş sistemindən kənara çıxmaq yüz milyonlarla gün davam edəcək: "Günəş sistemindən kənardakı planetlər haqqında danışmaq istəyiriksə, bəzi nöqtələr açıq şəkildə deyilməlidir. Bu planetlər çox uzaqdadır. Orada həyatın var olduğuna, ya da insanların yaşaması üçün əlverişli şərait olduğuna dair araşdırma aparılması üçün gedilməsi belə gedilməsi üçün böyük zaman lazımdır”,- isveçli astrofizik deyib.

Professor qeyd edib ki, insanların Yer kürəsi yaşanmaz hala gəlib çatanda başqa planetə köçmək xəyalları puçdur. Bu haqda açılan müzakirələrə son verilməlidir. Mayor başqa planetlərdə həyatın olub-olmadığı sualına gələcək nəsillərin cavab verməcəyini ümid edir.

Qeyd edək ki, Mişel Mayor Cenevrə Universitetində çalışır. O, 1995-ci ildə 50 işıq ili uzaqlıqda yerləşən "Peqasi 51” planetini kəşf edib. Bu planet Günəş sistemindən kənarda bir cücə ulduz ətrafında kəşf edilən ilk planetdir. Onun və əməkdaşı Didier Quelozun açdığı yol sayəsində bu günə qədər 4 min planet kəşf olunub./publika.az

Xəbər lenti