Xəzər Xəbər

Alimlər süni orqan çap etməyi bacarıblar ABŞ-da

Maraqlı | 17:53 • 17 Sentyabr 2019
Alimlər süni orqan çap etməyi bacarıblar

ABŞ alimləri insan donordan alınan hüceyrələrdən və bioloji maddədən istifadə edərək orqan çap ediblər.

Bu ilin aprelində İsraildəki Təl-Əviv Universitetinin araşdırmaçıları 3 ölçülü çap ilə miniatür bir ürək yaratmağı bacarmışdılar. Bənzər çalışma indi də ABŞ-da təkrarlanıb. 3 ölçülü bioloji çap ilə yaradılan ürək normal ürəkdən daha kiçik həcmli olub. Layihəni həyata keçirən Çiqaqodakı biotexnologiya şirkəti "Biolife4d” və firmanın Baş elmi işçisi Dr.Ravi Birla olub.

Çalışma zamanı əvvəlcə bir şəxsdən ağ qan hüceyrələri alınıb və kök hüceyrələrə yerləşdirilib. Dahha sonra 3 ölçülü çap ilə kiçik ürək addım-addım inşa edilib. Ürəyin forması isə, donorun ürəyinin MRİ ilə çəkilməsi vasitəsi ilə yaradılıb. Çap edilən ürək bir bioreaktora yerləşdirilib. Hansı ki, bu reaktorlar insan bədəninin davranışlarını təqlid edə bilirlər.

"Biolife4d” şirkətindən verilən məlumatda bu ürəyin həqiqi ürək kimi 4 hissədən ibarət olduğu və eyni xüsusiyyətləri daşıdığı bildirilib. Çap edilən ürəyin həqiqətən döyünüb döyünmədiyi barədə isə məlumat verilməyib./Metbuat.az

Xəbər lenti