Xəzər Xəbər

Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

Maraqlı | 17:55 • 16 Sentyabr 2019
Ronaldodan maraqlı etiraf:

Məşhur ingilis jurnalist Piers Morgan ortuqaliyalı ulduz Kristiano Ronaldodan geniş müsahibə alıb.

XəzərXəbər azxeber.com-a istinadən xəbər verir ki, Ronaldo müsahibədə hələ 20 yaşında olarkən itirdiyi atasından, anasından, adı hallanan təcavüz davasından və sevgilisi Georginadan danışdı.

Adının hallandığı təcavüz davası ilə bağlı Ronaldo deyib: "Bir gün sevgilimlə qonaq otağında oturarkən televizorda bir xəbərlə rastlaşdıq. Xəbərlərdə mənim haqqımda danışılırdı. Uşaqların pilləkəndən endiyini eşidən kimi kanalı dəyişdirdim, çünki utancverici idi. Bu xəbərə inanmaq lazım deyil".

Ronaldo sevgilisi Georgina ilə evlənməyi planlaşdırdıqlarını da etiraf edib: "O uşaqlarımın anasıdır və hər zaman yanımdadır. Əlbəttə ki, onu sevirəm. Anam da toyumu görmək istəyir. Bir gün mütləq evlənəcəyik. Birbirimizi çox sevirik".

Xəbər lenti