Xəzər Xəbər

"Boeing 737 MAX” təyyarələrinin “qəbiristanlığı" tapılıb

Maraqlı | 15:14 • 21 İyul 2019
"Boeing 737 MAX” təyyarələrinin “qəbiristanlığı" tapılıb

Cənubi Kaliforniyada Viktorfille aeroportunda "Boeing 737 MAX” təyyarələrinin "qəbiristanlığı" tapılıb.

Həmin təyyarələrin uçuşu aviaqəzalar səbəbindən qadağan olunub. "Qəbiristanlıq”da "Southwest Airline” şirkətinə məxsus 35 layner yerləşir. Onlar hava limanının dayanacağında bu ilin noyabrınadək qalacaqlar. Yalnız noyabrdan sonra bu modelin uçuşuna qoyulmuş qadağa götürülə bilər.

Xatırladaq ki, daha əvvəl "Boeing 737 MAX”ın 2020-ci ildən əvvəl sərnişin daşımasına icazə verilməyəcəyi açıqlanmışdı.

Xəbər lenti