Xəzər Xəbər

Ən yüksək maaşlı 10 məşhur - SİYAHI

Maraqlı | 16:14 • 11 İyul 2019
Ən yüksək maaşlı 10 məşhur -

Amerikanın Forbes jurnalı ilin ən yüksək maaşlı 100 ulduzunun reytinq cədvəlini nəşr edib.


Xezerxeber.az xəbər verir ki, reytinqə il ərzində 185 milyon ABŞ dolları qazanan amerikalı müğənni Teylor Svift başçılıq edir. Ondan 15 milyon dollar az qazançı olan model Kayli Cenner siyahıda ikinci yerdə qərarlaşıb. İlk üçlüyə, həmçinin illik 150 milyon gəlirlə reper Kanye Uest daxildir. Ötən ilin lideri boksçu Floyd Meyvezer bu dəfə reytinqə düşməyib.


Siyahıda sonrakı yeddi yeri müvafiq ardıcıllıqla futbolçu Lionel Messi (127 milyon dollar), müğənni Ed Şiran (110 milyon), futbolçular Kriştiano Ronaldo (109 milyon) və Neymar (105 milyon), Eagles musiqi qrupu (100 milyon), teleaparıcı Fil Makqrou (95 milyon) və boksçu Kanelo Alvares (94 milyon) tutur.

Xəbər lenti