Xəzər Xəbər

Yedikcə ömrü qısaldan ƏRZAQLAR

Maraqlı | 14:41 • 14 İyun 2019
Yedikcə ömrü qısaldan

Qazlı içkilər, işlənmiş ətlər, fəst-fudlar öz ləzzəti ilə bizi yoldan çıxartsa da, sağlamlığımız üçün çox zərərlidir. Onların daimi istifadəsi ciddi xəstəliklərə yol açır.

XəzərXəbər oxucuları ömrü qısaldan məhsullarla tanış edir.

Qazlı içkilər

Qatqı maddələri əlavə edilmiş qazlı içkilərin yüksək kalorili oduğunu düşünürsünüzsə, yanılırsınız. Bu qidaların içərisində hormonlara təsir edən maddələr var. Odur ki, onların yerinə təzə sıxılmış meyvə suları için.

Konserviləşdirilmiş ətlər

İstənilən növ konserviləşdirilmiş ətlər nitrat, natrium və digər kimyəvi maddələrlə doludur. Bu maddələr onların istifadə müddətinin uzadılmasını təmin edir. Qidalar uzun müddət korlanmasa da, tərkibinə vurulan maddələr səhhətimiz üçün ziyandır. Bu, uşaqlarda diqqət pozğunluğu, davranış problemləri, diabet və ürək xəstəliklərinə, hətta xərçəngə səbəb ola bilər.

Cipsilər

Yüksək odda və qaynar yağda bişirilmiş bu məhsulların tərkibində akrilamid maddəsi var. Cipsi döş, prostat və bağırsaq xərçəginə səbəb olur. Eyni zamanda, qoruyucu maddələr ehtiva edir.

Alkoqol

Mütəxəssislər içkinin zərəri barədə həmfikirdir. Həddən artıq spritli içki qəbulu bədəninin su ehtiyatını tükədir, bu isə ödəmə, köklüyə, dəri problemlərinə, depressiyaya və qaraciyər yağlanmasına gətirib çıxarır.

Fəst-fud

Fəst-fudlara trans yağ, bol duz, qoruyucu maddə və kimyəvi maddələr vurulur. Bu qidalar həm damar xəstəliklərinə, həm duyğu pozuntularına, həm də metabolik xəstəliklər və xərçəngə səbəb ola bilər.

Ağ çörək

Ağ çörəyin köklüyə səbəb olduğunu artıq hamımız bilirik. Ancaq təkrar etmək faydalıdır. Ağ çörəyin tərkibində qidalandırıcı maddələr demək olar ki, yox səviyyəsindədir. O, qanda şəkərin miqdarının sürətlə yüksəlməsinə səbəb olur.

publika.az

Xəbər lenti

Çox oxunanlar