Xəzər Xəbər

Macarıstan velosipedsürənlər ölkəsidir

Maraqlı | 12:29 • 21 May 2019
Macarıstan velosipedsürənlər ölkəsidir

Macarıstanda hər il istehsal olunan 400 min velosipedin yarısından çoxu daxili bazarda satılır, qalanı isə ixrac olunur.


AZƏRTAC xəbər verir ki, bu göstəriciləri Macarıstanın Velosiped İstehsalçıları və İstehlakçıları Assosiasiyası elan edib.


Qitədə istehsal olunan velosipedlərin ümumi sayının üç faizi bu ölkənin payına düşür. Bu göstərici üzrə Macarıstan Avropa İttifaqı ölkələri arasında 7-ci yeri tutur.


Assosiasiya, həmçinin pedalla idarə edilən elektrosipedlərin istehsalının yerli sənaye üçün yeni istiqamət ola biləcəyi barədə də xəbər verib.

Xəbər lenti