Xəzər Xəbər

DƏHŞƏT! Estetik faciəsi yaşan qadın 22-ci dəfə əməliyyat oldu

Maraqlı | 16:51 • 20 May 2019
DƏHŞƏT! Estetik faciəsi yaşan qadın

Türkiyənin Adana şəhərində Güllü Köse adlı qadın 2 il əvvəl saxta həkimə etdirdiyi dodaq dolğusu səbəbi ilə yaşadığı problemlərlə gündəmə gəlmişdi.

Gözəllik mərkəzi sahibi olan 34 yaşlı qadın omba, sinə, ayaq, incə bel estetiklərindən sonra bu dəfə də qalıcı makiyajını lazerlə sildirərkən qaş dərisinin yanması səbəbilə 22-ci dəfə estetik əməliyyat olub.

Samsunda özəl bir klinikada əməliyyat olan Köse qaş əməliyyatı ilə yanaşı yanaq incəltmə əməliyyatı da etdirib.

20 yaşlarının əvvəllərində doğuş etdikdən sonra 105 kiloqrama qədər çatan Güllü Köse pəhriz edərək 6 ayda 46 kiloqram arıqlamışdı.

Güllü Köse əməliyyatlarından əvvəl və sonra sosial media hesabında paylaşdığı videolarla izləyicilərini məlumatlandırmağı da unutmayıb./metbuat.az





Xəbər lenti