Xəzər Xəbər

Elektron siqaretlər ağciyər xəstəliklərinə səbəb olur

Maraqlı | 16:59 • 25 Aprel 2019
Elektron siqaretlər

Araşdırmaya görə, elektron siqaret istifadəçiləri ürək-damar xəstəliklərindən və depressiyadan əziyyət çəkir

Harvard universitetinin alimləri müəyyən ediblər ki, elektron siqaretlər sağlamlığa ciddi zərər vura bilər. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onlar 75 birdəfəlik siqaret və çəkmək üçün olan mayeləri test ediblər. Onların bir çoxunun tərkibində təhlükəli mikroorqanizmlər aşkar edilib.

Təhlil edilən məhsulların 81 faizində glükan (göbələk zəhəri) aşkar edilib. Bundan başqa, təhlillər zamanı antibiotiklərə müqavimətli olan endotoksin bakteriyalar müəyyən edilib.

Aşkar edilən zərərli maddələr iltihaba, astmaya və ağciyərlərin fəaliyyətinin zəifləməsinə səbəb ola bilər.

Maraqlıdır ki, ən çox entodotksinlər meyvə ətirli siqaretlərdə aşkarlanıb.

Qlükan isə daha çox tütün və mentol tərkibli məhsullarda müəyyən edilib.

"Bununla yanaşı, kimyəvi maddələrlə nəfəs alan elektron siqaret istifadəçilərində bioloji çirklənmə də müşahidə edilə bilər" – deyə alimlər qeyd ediblər.

Xatırladaq ki, araşdırmaya görə, elektron siqaret istifadəçiləri ürək-damar xəstəliklərindən və depressiyadan əziyyət çəkirlər.

Xəbər lenti