Xəzər Xəbər

Balıq sümüyünü çıxarmaq istəyirdi, qaşığı da uddu

Maraqlı | 17:04 • 23 Aprel 2019
Balıq sümüyünü çıxarmaq istəyirdi, qaşığı da uddu

Qadının həzm sistemindən 13 santimetrlik metal qaşıq çıxarılıb. Hadisə Çinin Quandun vilayətinin Şençjen şəhərində baş verib.

Qadın yemək yeyəndə boğazında balığın sümüyü ilişib qalıb. O, qaşığı boğazına salıb ki, sümüyü çıxara bilsin. Nəticədə sümüklə bərabər qaşığı da udub.

Bir həftədən çox vaxt keçsə də, həkimə müraciət etməyib. Çünki qarnındakı qaşıq ona nə ağrı verib, nə də narahatlıq yaradıb. Amma hadisədən on gün keçəndən sonra qadın qərara gəlib ki, hər ehtimala qarşı həkimə gedib, orqanizmini yoxlatdırsın.

Həkimlər qaşığı tapıb çıxarıblar. Bu proses təxminən 10 dəqiqə çəkib. Həkimlər deyib ki, əgər vaxtında xəstəxanaya müraciət olunmasaydı, daxili qanaxma baş verə bilərdi./Bizimyol.info

Xəbər lenti