Xəzər Xəbər

Bu paltarlar xərçəng yaradır ARAŞDIRMA

Maraqlı | 13:13 • 18 Aprel 2019
Bu paltarlar xərçəng yaradır

Gündəlik həyatımızda geyindiyimiz paltarlara vurulan kimyəvi maddələr sağlamlığımız üçün təhlükəlidir.

Aparılan araşdırmalar nəticəsində geyimlərə vurulan bəzi kimyəvi maddələrin siçanlarda xərçəng yaratdığı məlum olub.

Bu kimyəvi maddələrlə məşğul olan insanlar isə xərçəng xəstəliyinə tutulur. Geyimlərin qırışmaması üçün istifadə edilən formaldehit maddəsi dəridə allergik reaksiyalara səbəb olur. Sintetik geyimlərdə olan hidrofil maddəsi bir sıra ciddi xəstəliklərlə yanaşı, əlvan dəmrov və göbələk kimi xəstəliklərə də yol aça bilər.

Geyimlərdə bakteriyaların səbəb olduğu qoxunun aradan qaldırılması üçün istifadə olunan nanosilver maddəsi isə beyin hüceyrələrinin ölməsinə yol açır. Araşdırmalardan məlum olub ki, bu kimyəvi maddələrin xərçəng yaratmaq riski yüksəkdir. Bəs, nə geyinək?

Mütəxəssislərə görə, sağlamlığı qorumaq üçün pambıq, yun, ipək, kəşmir, qanovuz, dəvə tükü, kətan kimi parçalardan tikilən geyimlərə daha çox üstünlük verilməlidir.

Redaktor.az

Xəbər lenti