Xəzər Xəbər

Zebraların zolaqları nə işə yarayır? 150 ildir ki...

Maraqlı | 16:02 • 23 Fevral 2019
Zebraların zolaqları nə işə yarayır?

Elm adamları "zebranın zolaqları nə işə yarayır?" sualına Çarles Darvinin zamanından bəri təxminən 150 ildir cavab axtarır.

Bu mövzuda indiyə qədər fərqli nəzəriyyələr ortaya atılıb. Bunların arasında zolaqların heyvanın bədən temperaturunu tənzimləməsi, yırtıcılara qarşı özlərini müdafiə etməsi kimi fikirlər var.

İngiltərədə aparılan yeni bir araşdırma zebraların zolaqlarının ölümcül xəstəliklərin daşıyıcısı olan at milçəklərinin üstlərinə qonmasının qarşısını alır.

Bristol Universitetinində aparılan araşdırma zamanı atların üzərinə zebra zolaqlarına bənzər zolaqlar çəkilib. Milçəklərin zolaqlı atlara yaxınlaşarkən vaz keçib uçmağa davam etdikləri müşahidə olunub./metbuat.az

Xəbər lenti