Xəzər Xəbər

Bəxtəvərlər klubu: Əvvəl qardaşı, sonra rəfiqəsi, ardınca özü cekpot uddu

Maraqlı | 15:04 • 19 Fevral 2019
Bəxtəvərlər klubu:

ABŞ-da bir ailədə ardıcıl ikinci adam lotereyada uduş əldə edib. Montana ştatının Qreyt-Fols şəhərində yaşayan qadın 9262 dollar qazanıb.

Codi Henderşot yaxınlarının bir-birinin ardınca uğur qazanmasından həvəslənərək, lotereya bileti alıb. Bir müddət əvvəl onun qardaşı 19 min dollar qazanmışdı. Codinin rəfiqəsi isə lap böyük uduş əldə etmişdi. Ona hər il 25 min dollar ödəyirlər.

Codi pulları artıq xərcləməyə də imkan tapıb. O, vəsaiti Sevgililər Günündə geninə-boluna xərcləyib. Bundan başqa, cekpot Henderşotun bir çox məsrəflərinə də yarayıb.

Keçən həftə Montana ştatının başqa sakini lotereyada 17 min dollar udmuşdu. O, 30 ildir bu günü gözlədiyini demişdi./Bizimyol.info

Xəbər lenti