Xəzər Xəbər

Aral dənizinin quruyan ərazilərində meşə zolağı salınır

Maraqlı | 11:04 • 18 Fevral 2019
Aral dənizinin quruyan ərazilərində meşə zolağı salınır

Meşə zolağı 500 min hektar ərazini əhatə edəcək.

Aral dənizinin quruyan ərazilərində meşə zolağı salınacaq.

Bu haqda Özbəkistan Hökuməti qərar qəbul edib.

Qərara görə, bunun üçün Özbəkistan Hökuməti 2019-cu il ərzində mərhələlərlə 100 milyard sum (1 dollar 8300 sum) həcmində vəsait ayıracaq.

Meşə zolağı 500 min hektar ərazini əhatə edəcək. Qeyd edək ki, Aral dənizinin quruması nəticəsində Qaraqalpaq Muxtar Respublikasında 50 min hektara yaxın əkin sahəsi yararsız hala düşüb.

Xatırladırıq ki, quruyan Aral dənizinin yerində 5,5 milyon hektar sahəni tutan "Aralqum” səhrası əmələ gəlib.(AZƏRTAC)

Xəbər lenti