Xəzər Xəbər

İlin ilk Ay tutulması başlayıb

Maraqlı | 09:50 • 21 Yanvar 2019
İlin ilk Ay tutulması başlayıb
2019-cu ilin il Ay tutulması hadisəsi başlayıb.


XəzərXəbər xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 07.34-də başlayıb və 10.51-də sona çatacaq.

Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün deyil. Buna səbəb təbiət hadisəsinin səhər saatlarında baş verməsidir. Prosesi Sakit Okean, Amerika, Afrika və Avropanın bir hissəsində izləmək mümkün olacaq.

Qeyd edək ki, ikinci tutulma hadisəsi iyulun 17-də olacaq.

Xəbər lenti