Xəzər Xəbər

Saturnla bağlı tarixi gerçəklər ortaya çıxdı: Onun halqaları əslində...

Maraqlı | 18:00 • 18 Yanvar 2019
Saturnla bağlı tarixi gerçəklər ortaya çıxdı:

Qalaktikanın ən fərqli planeti olan Saturn əslində milyon illərlə halqasız olub.

Bunu italiyalı astronomların rəhbərlik etdiyi araşdırma qrupu ortaya çıxarıb.

Qrup Günəş sistemindəki digər planetlər kimi 4,5 milyard yaşı olan Saturnun 3 ana halqasının 10-100 milyon içində ortaya çıxmağa başladığını bildirib.

ABŞ Kosmos və Aeronavtika İdarəsinin (NASA) Saturnu analiz etmək üçün göndərdiyi "Kassini” kosmik gəmisinin müşahidələri əsasında araşdırma aparan alimlər cazibə qüvvəsinin ölçüləri ilə halqaların kütləsini hesablayıb. Və belə qənaətə gəlinib ki, halqalar planetdən daha cavandır.

Komandanın lideri Sapienza Universitetinin professor Lusiano Less "Kassini” aparatının qoyub getdiyi faydalarından uzun müddət istifadə olunacağını dilə gətirib.

Qeyd edək ki, Saturnun halqaları böyük miqdarda buzdan, az miqdarda isə toz və təbii maddələrdən ibarətdir. "Kassini” 13 illik kəşfiyyat səyahətindən sonra 2017-ci ilin sentyabr ayına planetin halqaları arasında özünü məhv etmişdi.

Xəbər lenti