Xəzər Xəbər

Beynin işini yaxşılaşdırmağın üsulu tapıldı

Maraqlı | 14:51 • 17 Yanvar 2019
Beynin işini yaxşılaşdırmağın üsulu tapıldı

Fiziki aktivlik beynin işini sürətləndirir.

Amerika alimləri beynin işini yaxşılaşdırmaq üsulunu tapıblar.

Bu haqda EurekAlert portalında bildirilir.

Keçirilən tədqiqatların nəticələrindən məlum olub ki, fiziki aktivlik beynin işini sürətləndirir.

Sınaqda 454 insan iştirak edib. Onlar 20 il ərzində fiziki aktivlik üzrə müxtəlif testlərdən keçiblər. Sınaq iştirakçıları hətta ölümlərindən sonra belə alimlərə beyinlərini araşdırmağa icazə veriblər.

"Bizim tədqiqat qrupumuz sınaq iştirakçılarının fiziki fəallıq səviyyəsini orta hesabla onların ölümlərinə 2 il qalmışdan ölçüb. Onların ölümündən sonra beyində apardığımız tədqiqatlar onu göstərdi ki, böyük hərəkətedici fəallıq beyinə qoruyucu təsiri göstərə bilər", — alimlərdən biri belə qeyd edib.

Sınaq iştirakçıları arasında daha az hərəkət edənlər beynin zəif fəaliyətindən mütəmadi olaraq şikayət ediblər.

AzNews.az

Xəbər lenti