Xəzər Xəbər

Yaponiya süni "ulduz yağışı" yaradacaq

Maraqlı | 17:24 • 14 Dekabr 2018
Yaponiya süni "ulduz yağışı" yaradacaq

Yaponiya gələn ay süni "ulduz yağışı” yaradacaq peyki fəzaya buraxmağı planlaşdırır.

Peyk özü ilə 400 metal şar aparacaq.

Bu şarlar atmosferin qalın qatlarına daxil olarkən yanmağa başlayacaq və bununla meteor effekti yaradacaq.

Yaponiya Milli Kosmik Agentliyi "ulduz yağışı”nın 2020-ci ilin martında baş verəcəyini və Hirosima ətrafında 6 milyona yaxın sakinin bunu görə biləcəyini deyib.

Qeyd olunur ki, süni "ulduz yağışı” ətraf mühitə heç bir ziyan vurmayacaq.

Xəbər lenti