Xəzər Xəbər

Kartof və banan yuxu üçün səmərəli qidadır

Maraqlı | 12:18 • 14 Dekabr 2018
Kartof və banan yuxu üçün səmərəli qidadır

Gün ərzində düzgün qidalanmamaq axşam yuxusuna mənfi təsir göstərir.

Həkim-fitoterapevt Ulduz Hüseynova bu barədə Azərtac-a məlumat verərək deyib ki, alimlər araşdırmalar nəticəsində qida rasionunun yuxu rejiminə birbaşa təsir göstərdiyi qənaətinə gəliblər.

Onun dediyinə görə, yuxusuzluqla mübarizədə banan ən yaxşı təsir edən qidalardan hesab edilir: "Yatmazdan bir-iki saat qabaq banan yemək rahat yuxunu təmin edir. Onun tərkibində melatonin və seratoninlə yanaşı maqneziumun da olması əzələlərə rahatlıq verir.

Kartof da yuxu üçün səmərəli qidadır. Onun tərkibindəki kriptoxol maddəsi mədəni yormur və turşuluq səviyyəsini aşağı salır. Gilas şirəsi də bu sahədə ən yaxşı vasitələrdəndir. İki həftə ərzində mütəmadi olaraq səhər və axşam bir stəkan turş gilas şirəsi içmək yuxu sistemini qaydaya salır.

"Ürəyin dostu” adlandırılan badam da tərkibindəki bir sıra vitamin və kalsium sayəsində əzələlərin rahatlığını təmin edir. Axşam yeyilən bir ovuc badam şirin yuxu gətirir”.

Xəbər lenti