Xəzər Xəbər

`Sınıq qəlb sindromu` ürəyi məhv edə bilər

Maraqlı | 14:42 • 20 Noyabr 2018
`Sınıq qəlb sindromu` ürəyi məhv edə bilər

"Qırıq qəlb sindromu" şiddətli sinə ağrısı və tənginəfəsliklə ortaya çıxaraq fikir və stress altında olan qadınlara təsir edir.

Boşanma, sevilən birini itirmək, ayrılıq kimi romantik çöküntünün baş verdiyi hallarda ürək ağrıları ilə eyni əlamətləri göstərən, lakin təhlükəsi çox aşağı olan xəstəlik "sınıq qəlb sindromu" adlandırılır. Ürək böhranını təqlid edən "sınıq qəlb sindromu"nda damarlarda hər hansı bir tutulma olmasa da, zərərsiz ürək tutmaları yaranır.

"Sınıq qəlb sindromu"nun ürək böhranı ilə tez-tez qarışdırıldığını vurğulayan Türkiyənin Acıbadem xəstəxanasının ürək və damar cərrahı, Dr.Cem Arıtürk, "stressdən stimul alan damar sərtliyi başda koronar arteryalar olmaqla, ayaq damarları və şah damarlarında da müşahidə edilir. Bununla yanaşı, stress dövrlərində stimul alan vəziyyətlərdən biri olan və tez-tez qadınlarda müşahidə edilən "sınıq qəlb sindromu" (takotsubo kardiomiopatiya) da ürək ağrısı ilə qarışdırılır. Ürək ağrısına oxşar şəkildə sinə ağrısı ilə başlayan bu xəstəlikdə ürək damarları tamamilə normal qalır. Xəstəliyin əmələ gəlməsində ən mühüm amil isə stressdir. Stress yaradan problemin həll edilməsi və həkim dəstəyi ilə xəstəlik müalicə edilir. Müalicə olunmazsa, yaş artdıqca bu problem özünü daha ağır şəkildə göstərə bilər", - deyə bildirib.

Qadınların kişilərə görə romantik mənada daha həssas olmaları, xüsusilə menopauzadan sonra "sınıq qəlb sindromu"na tutulma ehtimalını artırır./FaktXəbər

Xəbər lenti

Çox oxunanlar