Xəzər Xəbər

Karyerin yerində beşulduzlu otel tikilib - FOTO

Maraqlı | 15:57 • 16 Noyabr 2018
Karyerin yerində beşulduzlu otel tikilib -

Çinin Sunszyan şəhərində istifadə edilməyən karyerin yerində tikilən Intercontinental Shanghai Wonderland otel kompleksinin açılışı olub.


Xezerxeber.az xəbər verir ki, 18 mərtəbəli otelin iki mərtəbəsi suyun altında yerləşir. Qonaqlar buradan böyük akvariumun mənzərəsinə tamaşa edə bilərlər. Mehmanxana kompleksində pəncərələri süni gölə açılan 336 otaq var. Ümumilikdə 555 milyon dollar investisiya yatırılan layihənin tikintisi 10 ildən çox davam edib.


Çox sayda restoran və su əyləncəsinin fəaliyyət göstərdiyi oteldə, həmçinin ekstremal idman növləri - qayaya dırmanma və banci-campinqlə məşğul olmaq mümkündür.


Otaqların bir gecəlik qiyməti 320 dollardan başlayır.

Xəbər lenti