Xəzər Xəbər

“Yaş artdıqca kişilik hormonu qadınlıq hormonuna çevrilir” – Məşhur professor

Maraqlı | 11:42 • 19 Oktyabr 2018
“Yaş artdıqca kişilik hormonu qadınlıq hormonuna çevrilir” – Məşhur professor
Qasıq yırtıqları orta yaşlı və qoca kişilərdə daha çox müşahidə olunur.

Bu yırtıqlar cərrahi əməliyyat vasitəsilə bərpa olunmasa, bağırsaq düyünlənməsinə və sonda ölümə gətirib çıxarır. Dünyada hər dörd kişidən biri qasıq əməliyyatına məruz qalır Bu günə qədər qasıq yırtığının yaranma səbəbi və onun tibbi müalicəsi tam olaraq, tapılmayıb.

ABŞ-ın Milli Tibb Akademiyasının üzvü Serdar Bulun xəstəliyin səbəbini və müalicəsini tapdığını iddia edir. Akademikin apardığı araşdırmaya əsasən, kişilər yaşlandıqca kişilik hormonu olan testosteron hormonu qadınlıq hormonu olan östrogenə çevrilməyə başlayır.

Testosteron hormonu əzələləri qüvvətləndirdiyi halda, östrogen qasıq əzələlərini zəiflədərək yırtıqların yaranmasına səbəb olur.

Professor və komandası siçanlara bu hormonun qarşısını alan dərman vurduqdan sonra yırtıqların qarşısının alındığını və bəzi hallarda yırtıqların kiçildiyini müşahidə edib. Bu araşdırma məşhur elm jurnalı "Proceedings of the National Academy of Sciences”də yayımlanıb./AzNews.az

Xəbər lenti