Xəzər Xəbər

Ağrıyan yerinizə xına sürtün BİLMƏDİYİNİZ FAYDALARI

Maraqlı | 11:44 • 14 Oktyabr 2018
Ağrıyan yerinizə xına sürtün

Keçmişdə əllər və saçları rəngləmək üçün istifadə edilən xınanın ağrıkəsici təsiri olduğunu bilirsinizmi?

Baş ağrısı ilə yanaşı bir çox tibbi problemin həllində istifadə edilən xına haqqında bilmədiyiniz bu məlumatları bizdən öyrənin. XəzərXəbər ailem.az-a istinadən xınanın ağrıkəsici kimi faydalarını təqdim edir.

Xına saç kəpəyi, saç tökülməsi, sarılıq, göbələk xəstəlikləri, dalaq böyüməsi, xərçəng kimi problemlərə qarşı istifadə edilir. Xına yağı xınadan əldə edilən və müalicə üçün istifadə edilən bir maddədir. Xüsusilə oynaq və revmatizm qaynaqlı ağrılarda təsirlidir. Yüksək qızdırma və yanıq müalicəsində də istifadə edilir.

Xərçəng ağrılarına da yaxşı təsir edir

Xınanın özəlliklə nevropatik ağrılar üçün təsirli ola biləcəyi deyilir. Uzun müddətdir nevropatik (sinirlərlə əlaqəli) ağrıya səbəb olan sinir sıxışması və boyun yırtığından əziyyət çəkə xəstələrin xına sürtmələri məsləhət görülür. Xına göynəmə, iynəsancma kimi nevropatik ağrıları ciddi şəkildə azaldır. Bu hallarda dəriyə xına sürtməyin boş bir inanc olmadığı təsdiqlənib.

Xəbər lenti