Xəzər Xəbər

Kişi hicab geyinib bankı yardı FOTO

Maraqlı | 23:14 • 22 Sentyabr 2018
Kişi hicab geyinib bankı yardı

Avstriya polisi Lints şəhərində Türkiyənin "Dənizbank”ını qarət edən şəxslərin axtarışına başlayıb.

Axar.az xəbər verir ki, polis artıq oğrular haqqında məlumat üçün 2 min avro mükafat təyin edib. Məlumata görə, bankı qarət edən şəxslər hicab geydikləri və üzlərinə maska taxdıqları üçün onların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, bu artıq Avstriyada kişinin hicab paltarı geyinərək oğurluq etməsiylə bağlı qeydə alınan ikinci haldır. Bundan əvvəl analoji insident Vyanada yaşanıb.

Xəbər lenti