Xəzər Xəbər

Almaniyada lotereyada maraqlı mükafat Qebiristanlıqda yerlər?

Maraqlı | 12:16 • 15 İyul 2018
Almaniyada lotereyada maraqlı mükafat

Almaniyanın Berhtesqaden şəhərində yerli sakinlər arasında qəbiristanlıqda yerlərlə bağlı lotereya oynanılacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə ABC News xəbər yayıb.

Lotereya üçün yerli hökumət qəbiristanlıqda 200 boş yer ayırıb.

Qeyd olunur ki, XVII əsrə aid qəbiristanlığa böyük tələbat var. Lakin uzun illərdir ki, şəhər administrasiyası yer azlığından sakinlərə imtina etməli olub.

Yerli hökumət hər kəsə bərabər imkanın verilməsi üçün lotereya keçirməyi qərara alır.

Artıq 280 nəfər ərizə ilə müarciət edib. Ümumi olaraq Berhtesqadenin əhalisi 7,5 nəfər təşkil edir.

Xəbər lenti