Ölüm vaxtınızı hesablaya biləcək neyron şəbəkə yaradılır.
Layihə "Google” şirkəti tərəfindən həyata keçirilib. Belə ki, alqoritmlər əsasında hazırlanmış yeni neyron şəbəkəsi xəstənin səhhətini analiz edərək onun əsasında ölüm vaxtını proqnozlaşdıracaq.
Şəbəkə xərçəng xəstəliyindən əziyyət çəkən pasiyentlər də daxil
olmaqla, yüz minə yaxın xəstə üzərində sınaqdan keçirilib.
Kompüterlər rentgenoloji müayinənin məlumatlarını təhlil edərək
xəstənin ölüm ehtimalını 9,3% qiymətləndiriblər. Ancaq 175639
parametri təhlil edən neyron şəbəkəsi bu göstəricini 19,9 faizədək
yüksəldib. Həmin qadın 10 gün sonra ölüb.
Neyron şəbəkəsi ölüm vaxtını hesablamaqla yanaşı, eyni zamanda
xəstəliklərin yarada biləcəyi fəsadları, xəstəxanada qalma
müddətini və ya yenidən xəstəxanaya yerləşdirilmə ehtimallarını da
proqnozlaşdırma qabiliyyətinə malikdir. Alqoritm PDF formatlı
fayllardakı yazıları və köhnə tibbi kartları oxuya bilir, həmçinin
həkimlərə öz vaxtlarına 80%-dək qənaət etməyə imkan verir./publika.az