Xəzər Xəbər

Göydən xəzinə yağdı, həm də hər kəs üçün

Maraqlı | 15:03 • 16 İyun 2018
Göydən xəzinə yağdı, həm də hər kəs üçün

Peridot Havay mifologiyasında atəş Allahı Pelenin göz yaşları kimi də tanınır

Təbii gözəlliyi ilə dünyanın tətil cənnəti hesab edilən Havay adalarında son bir ayda püskürən Kilauea vulkanı 600-dən çox evi məhv edib və minlərlə insanın təxliyyə edilməsinə, ev-eşiyini atıb ərazidən qaçmasına səbəb olub.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, vulkan püskürmələrindən sonra insanları heyrətə gətirən hadisələr də baş verib. Belə ki, püskürmə zamanı vulkandan tökülən külləri araşdıran sakinlər yaşıl rəngli, şəffaf və kiçik daşlara rast gəliblər.

Vəziyyətə aydınlıq gətirən geoloqlar yaşıl daşların "olivin" adlı mineral maddə olduğunu bildiriblər. Amerika Geoloji Müşahidə Mərkəzinin mütəxəssisi Vendi Stovall bu daşların vulkan püskürməsi nəticəsində çox uzaq məsafələrədək yayılmasının mümkünlüyünü deyib.

Qeyd edək ki, həmin maddənin "peridot" adı verilən bir hissəsi "sarı yaqut", "ilan daşı" və ya "zəbərcət" adı ilə tanıır. Olivin daşı ürək, mədəaltı vəz, dalaq, ciyər və sair orqanların sağlamlığı üçün böyük əhəmiyyətə malikdir. Həmçinin bədəni təmizləyib, zehni qoruyur. Peridot Havay mifologiyasında atəş Allahı Pelenin göz yaşları kimi də tanınır.

Xəbər lenti