Xəzər Xəbər

Yaşıl rəngin yaranmağının mümkünsüz olduğu qalaktikada Günəş necə yaşıl ola bilir? QƏRİBƏ FAKTLAR

Maraqlı | 16:23 • 25 May 2018
Yaşıl rəngin yaranmağının mümkünsüz olduğu qalaktikada Günəş necə yaşıl ola bilir?

Gecələr göy üzündə gördüyümüz və gözlə görmək imkanımız olmayan bütün ulduzların hamısı fərqli rənglərdədir: mavi, narıncı, qırmızı, sarı, ağ...

Ancaq nə qədər uzağa baxarsaq baxaq, nə qədər sönük ulduzları görürsək görək, heç birinin yaşıl rəngdə olma ehtimalı yoxdur.

Bəs niyə qalaktikada bir ədəd də olsa, yaşıl ulduza rast gəlmirik?

Bu sualın cavabını fiziki-astronomik araşdırmalara istinadla təqdim edirik.

Rəngin nə olduğunu izah etmədən öncə işığı anlamaq lazımdır. Çünki rəng dediyimiz şey əslində işığın müəyyən bir qismini ifadə edir. Gözümüzün görmə potensialı ilə məhdud olan bu aralığa fizikada optik bölgə deyilir. Bundan başqa, infraqırmızı, bənövşəyi, mikrodalğa, radiodalğa, X-şüaları kimi digər elektromaqnitik dalğalar da bəsit dildə bir işıqdır. Ancaq gözümüz bunları görə bilmir. Bizi maraqlandıran nöqtə göy qurşağında gördüyümüz rənglərdir.

Ağ işıq bütün rənglərin qarışığıdır. Əgər ağ işığı onu yaradan dalğa ölçülərinə ayırarsaq, rəngləri göy qurşağındakı kimi aydın görə bilərik. "Dalğaboyu” dediyimiz şey əslində bəsit bir anlamda o işığımn enerjisini ifadə edir ki, bu da onun rəngini bildirir.

Bir cismin rəngi necə bəlli olur?

Bir cismi görə bilməyimiz iki şəkildə baş verir. Ya bu cisim özü işıq qaynağıdır, ya da başqa bir işıq qaynağından aldığı işığı əks etdirir. Burada rəngin görmə qabiliyyətinin içinə daxil olması da iki şəkildə baş verir. Əgər cisim öz işığını istehsal etmirsə, sadəcə əks etdirərək görünürsə, bu cismin rəngi əks etdirdiyi işığın qaynağı ilə əlaqəlidir.

Hər maddə quruluşundan ötrü bəlli bir dalğa ölçülərini (rəngləri) sovurur, bəlli bir dalğa ölçülərini isə əks etdirir. Mavi bir kitabı mavi görmək səbəbimiz mavi rəng xaric olmaqla, digər dalğa ölüçlərini sovurmasından qaynaqlanır. Bu səbəbdən sadəcə mavi işıq əks olunur və gözümüzə daxil olur. Beləliklə, kitab mavi rəngdə görünür.

Əgər cismin özü işıq qaynağıdırsa, onun rəngini təyin edən şey cismin öz istiliyidir. Həddən artıq istilənən bir sobanın üstünün qızarması, ya da isidilən bir dəmirin gedərək daha parlaq hala gəlməsi bu səbəbdəndir. Hər cisim istiliyinə bağlı olaraq bir şüalanma verər. Bu da o deməkdir ki, hər istilikdə əslində əşyalar müəyyən bir ölçüdə şüalanma edir. Ancaq biz sadəcə optik bölgəni görə bildiyimiz üçün hər cismi işıldayan bir şəkildə görə bilmirik. Ancaq termal kameralar insan temperaturundakı əşyaların verdiyi şüalanmanı ölçərək işləyir. Əgər infraqırmızı şüaları görmək imkanına sahib olsaydıq, biz də özümüzü parlayan bir cisim kimi görəcəkdik. Ancaq sadəcə optik bölgələri görə bildiyimizdən istiliyi min dərəcəyə yaxınlaşan cisimlərin verdiyi şüalanmanı görə bilirik. İstilik nə qədər artarsa, şüalanma da o qədər artır.

İldırımların temperaturu 30,000 santiqrad dərəcəyə çata bildiyi üçün mavi rəngdə görünür.

Bur duruma fizikada "qara cisim işıldaması” deyilir və riyazi olaraq "Planck” dağılma funksiyası ilə ifadə edilir. Sadə şəkildə desək, bu durum bir cismin temperaturuna bağlı olaraq ətrafa şüa dağıtmağı ifadə edir. İstilik artdıqca cismin hər bölgədə verdiyi şüalanma da artar. Ancaq ən çox şüalanmasını verdiyi bölgə də gedərək yüksək enerjili bölgəyə sürüşər. Buna görə də istilənən bir dəmir əslində infraqırmızı şüalar sərhədini aşar, daha sonra qızarar, sarılaşar və daha çox istilənəndə ağarar. Əgər onun temperaturu bir az da qalxarsa, mavi rəngdə görünər. Buna görə istiliyi 30 000 santiqrad dərəcələrə çatan ildırımlar mavi rəngdə görünər.

Ulduzlar da tam olaraq rənglərini buradan alar. Kifayət qədər isti olduqları üçün öz şüalarını buraxar və bu şüalar ulduzun birbaşa səth istiliyi ilə əlaqəlidir. Günəş təxminən 5500 santiqrad dərəcəlik səth istiliyinə malikdir, bu da onun sarı-ağ arası bir rəngə sahib olmasına səbəb olar. 3000 santiqrad dərəcə qırmızı, 8000 ağ, 30 000 maviyə doğru gedir.

Bəs niyə arada yaşıl rəng yoxdur?

Diqqət etdinizsə, göy qurşağında olduğu kimi burada rənglər qırmızıdan maviyə doğru uzanır. Ancaq göy qurşağı rəngləri tamamilə bir-birindən ayırır. İstilik səbəbilə yaranan şüalanma isə üst-üstə mindirir. Çünki istilik ilə aparılan şüalanma bütün dalğa ölçülərini əhatə edir və bunların şiddəti istiliyə görə dəyişir. Öncə qırmızı ortaya çıxır, istilik artdıqca buna sarı bölgədən gələn şüalanma da daxil olur və beləcə rənglər bir-birini əvəz edir. Göy qurşağındakı bu rənglərin hamısı bir-birindən ayrılır. Hər rəngin qarışığı da ağ rəngi əmələ gətirdiyi üçün cisim ağ görünür. İstilik artdıqca optik bölgənin ən yüksək enerjili şüalanması olan mavi bölgədə olan şüalanma kəskinləşir. Ağı rəngin üzərinə əlavə olunan mavi cismin mavi görünməsinə səbəb olur. Buna görə də arada qalan yaşıl rəng heç zaman özünü göstərə bilmir.

Yaşıl olduğu iddia edilən ulduzlar

Bəzi ədəbiyyatlarda yaışl ulduzların olduğuna dair iddialar vardır. Ancaq bunlar yanlış şərhlərin nəticəsində mövcuddur. Bəzi fotolarda ulduzları yaşıl kimi görə bilərsiniz. Bunun iki əsas səbəbi vardır. Ya fotolara müdaxilə olunub, ya da ulduz ilə kamera arasında olan qaz və ya toz buludu rənglərə müdaxilə edir. Ancaq bu faktın nadir bir istinası var. Məsələn, Günəş batarkən olduqca xüsusi şərtlər altında qısa bir müddətə də olsa, onun başında yaşıl bir parlama meydana gələ bilər./publika.az

Xəbər lenti