Xəzər Xəbər

Siqareti tərgizməyin effektiv üsulu açıqlanıb

Maraqlı | 13:34 • 25 May 2018
Siqareti tərgizməyin effektiv üsulu açıqlanıb
Skot Halperin (Scott Halpern) rəhbərliyi altında Pensilvaniya Universitetinin alimləri müəyyənləşdirib ki, siqaret vərdişindən xilas olmaq üçün elektron siqaret kömək etmir. Məlum olub ki, pul təşviq edilməsi tütün məhsullarını tərkizmək üçün ən effektiv üsul sayılır.

XəzərXəbər-in məlumatına görə, "New England Journal of Medicine" jurnalında dərc edilmiş araşdırmada qeyd olunur ki, 6 min siqaret istifadəçisi bir neçə qrupa bölünərək pis vərdişdən xilas olmaq üçün üzərlərinddı sınaq aparılmasına razılıq veriblər.

Birinci qrupa sağlam həyat tərzi haqqında məlumatlar təqdim olunaraq təzyiq göstərilib. İkinci qrupa nikotin plastırlar və əczaçılıq preparatları verilib. Üçüncü qrup elektron siqaretlə təmin olunub. Son iki qrupa isə nikotin plastırlar və digər üsullardan istifadə etməklə yanaşı 600 dollar da mükafat təyin olunub. Hər bir qrupun iştirakçıları 6 ay müddətində siqaret məhsullarından imtina etməli idilər.

Araşdırmanın sonunda məlum olub ki, adi yardım təklif olunan qrupdan yalnız 0,1 faiz siqareti tərkizib. Digər qruplar üçün göstərici 0,5-3 faiz təşkil edib. Ən yaxşı göstərici isə pul mükafatı təyin olunan qrupda müşahidə edilib.

Xəbər lenti