Xəzər Xəbər

İnsanlar niyə 40 yaşı keçirməkdən qorxurlar? SƏBƏBLƏR

Maraqlı | 16:13 • 21 May 2018
İnsanlar niyə 40 yaşı keçirməkdən qorxurlar?

Böyüklərdən tez-tez eşitdiyimiz cümlələrdən biri də 40 yaşı keçirməməyimizdir. Bunun səbəbini soruşduqda isə onlar bu yaşı qeyd etməyin bizə uğursuz və bədbəxtlik gətirəcəyini inadla bildirirlər. Bu barədə ciddi və əsaslı məlumatlar isə yox dərəcəsindədir. Hamı 40 yaşın uğursuzluğuna inanır, amma əsas səbəbləri bilmir.


Bu inancın necə formalaşdığına və bu yaşla bağlı gizli məqamları üzə çıxarmağa çalışıb.


Qeyd edək ki, Qurani-kərimdə 40 ədədi dörd dəfə işlədilib. Bunların üçü Həzrəti Musanın (ə) başına gələn hadisə ilə bağlı, biri isə insanın ömrünün kamillik nöqtəsinə 40 yaşında çatması ilə bağlıdır. Bu ayədən məlum olur ki, insan zehni və əqidəvi cəhətdən kamilliyə 40 yaşında çatır.


40 rəqəmi ilə bağlı başqa müəmmalar:


- Hədislərdən birində günahkar insanın 40 yaşına çatıb tövbə etməsə, yenə öz mənəviyyatsız və əqidəsiz həyatını davam etdirsə, onun bundan sonra nicat tapmasına inanılmır.

- İnsanın yediyi hər bir qidanın qalıqları onun bədənində 40 gün qalır, yalnız bu müddətdən sonra həmin qidanın bütün təsiri bədəndən təmizlənir.

- Hər kim 40 gün ərzində ət xörəyi yeməsə, xasiyyəti pisləşər. Ona görə məsləhət görülür ki, bəd xasiyyətli adama ət xörəyi yedizdirsinlər.

- İnsan bu həyatdan köçdükdən sonra onun ruhu 40 gün yer üzündə dolaşır

- Yəhudilər səhrada 40 il məskunlaşmaq üçün torpaq axtarışında olublar.

- Doğuşdan sonra hər bir qadın tam təmizlənmək üçün 40 gün gözləməlidir.


40 yaş insan həyatında yeni mərhələnin əsasını qoyur. Əgər 40 yaşınızı keçirməklə bağlı qorxularınız varsa, 40 yaşınızı real tarixdən bir neçə gün öncə və ya sonra qeyd edin.


Cebhe.info

Xəbər lenti