Xəzər Xəbər

Dubayda “uçan xalça” təqdim olunub

Maraqlı | 09:33 • 20 May 2018
Dubayda “uçan xalça” təqdim olunub

Müqəddəs Ramazan ayının başlanması münasibətilə Dubay Əmirliyindəki "Fairmont Dubai” otelində "uçan xalça” nağılı "canlandırılaraq”, foyedə dörd metrlik xalça-təyyarə quraşdırılıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, müasir rəssam Natali Dağıstaninin ideyası ilə quraşdırılan xalçanın çəkisi 70 kiloqram, uzunlugu 4 metr, eni isə 2 metrdir. Xalça 4,5 hündürlüyündə yerləşdirlib və rəngbərəng bayram fənərləri ilə bəzədilib.


Müqəddəs Ramazan ayı münasibətilə bir çox ticarət-əyləncə mərkəzləri və otellər mövzuya aid müxtəlif obyektlər quraşdırırlar.

Xəbər lenti