Xəzər Xəbər

60 il qarajda qalıb çürüyən “Mercedes” 1 milyona satılacaq

Maraqlı | 16:54 • 17 May 2018
60 il qarajda qalıb çürüyən “Mercedes” 1 milyona satılacaq

"The Barn Find Hunter” verilişinin aparıcısı Tom Kotter 60 ildən çox qarajda qalan "Mercedes-Benz 300SL Gullwing” kupe avtomobilinin ilk nümunələrindən birini aşkarlayıb. Virtualaz.org xəbər verir ki, tapılan avtomobil həmin modelin 1954-cü ildə istehsal olunan 43-cü nümunəsidir. Bərpa olunandan sonra avtomobilin təxminən 1 milyon dollar qiyməti olacağı ehtimal edilir.

Hazırda orijinallıq saxlanılmaqla avtomobilin üzərində bərpa işləri aparılır.

"Amelia Island Concours” sərgisinin təşkilatçısı Bill Uornerin sözlərinə görə, 1950-ci illərin ortalarında istehsal olunan avtomobilin üzərindəki orijinal boya qopardılıb, bir qat qrunt çəkilsə də, başqa rəng vurulmayıb.

Avtomobilin bütün digər detalları, həmçinin şüşələri, salonu, kauçuk hissələri, hətta təkərlərinin belə originalı saxlanılıb. İki il çəkəcək restavrasiyadan sonra bu "Mercedes-Benz” avtomobilinin qiyməti 900 min dollar təşkil edə bilər.

Xatırladaq ki, bu ilin yanvar ayında "The Barn Find Hunter” köhnə bağ alətləri ilə dolu olan iki klassik idman üslublu avtomobil də aşkarlamışdı. Bunlar 1960-cı ildə istehsal olunan "Ferrari 275 GTB” və "Shelby Cobra 427” avtomobilləridir. Qarajın sahibi onun sökülməsi barədə bir xəbər alana qədər 30 il müddətində avtomobillərə toxunmayıb.

Xəbər lenti