Xəzər Xəbər

Astroloqdan 3 ölkə lideri ilə bağlı şok proqnoz – Biri öldürüləcək...

Maraqlı | 10:47 • 23 Aprel 2018
Astroloqdan 3 ölkə lideri ilə bağlı şok proqnoz

Amerikalı astroloq Lindsi Edvard yaxın zamanlar üçün siyasi liderlərlə bağlı öz proqnozlarını dərc etdirib.

Astroloq Lindsi Edvardın dərc etdirdiyi bu proqnozların maraqlı tərəfi odur ki, onlar dünyanın bir sıra analitiklərinin müasir cəmiyyətin inkişaf tendensiyaları əsasında dilə gətirdiyi proqnozlarla üst-üstə düşür.

Tanınmış astroloqun bir neçə lider haqda proqnozunu təqdim edirik:

Donald Tramp

Mətbuatda qaldırılan bütün hay-küyə baxmayaraq, bu il Trampı impiçment təhlükəsi gözləmir. Ancaq onun qətlə yetirilməsi tamamilə mümkündür. Bu, baş verəcəksə, payızda, daha doğrusu, bu ilin oktyabrında həyata keçiriləcək.

Problemin daha çox prezidentin ailəsi içindən qaynaqlanacağı gözlənilir, hərçənd Melaniya ideal ər-arvad münasibətlərində olduğunu nümayiş etdirəcək. Tramp özü də ailədə baş verən qarışıqlıqları gizlədəcək. Belə görünür ki, bu ailə dramında səbəb Tramp yox, onun xanımı olacaq.

Tereza Mey

Bu ledinin siyasi karyerasını bitmiş saymaq olar, mayda onun istefaya gedəcəyi görünür. Böyük Britaniyada siyasi böhranı ağırlaşdıracaq bir neçə terror aktının baş verməsi buna daha ciddi zəmin hazırlamış olacaq. Bundan sonra mətbuat Meyi təkcə siyasi korafəhmlikdə deyil, eləcə də içki düşkünü olmaqda ittiahm edəcək. Ancaq necə deyərlər, elə sabahı gün təkcə Britaniyada deyil, dünyada da Meyi hamı unudacaq. Yeri gəlmişkən, Mey istefaya gedəndən sonra da hələ xeyli müddət London terror aktları ilə üzləşəcək. Bu hadisələrdə Rusiyanın iştirakı görünmür.

Kim Çen İn

Tramp Şimali Koreyanı müxtəlif sanksiyalar və müharibə ilə qorxutmaq siyasətini inkişaf etdirdikcə Kim Çen İn dünyaya bu kiçik ölkə xalqının son əsgərinə kimi vuruşmaq hesabına olsa da, ABŞ və başqa suergüclərdən asılılığı qəbul etməyəcəyini daha çox nümayiş etdirəcək.

Bu gün mətbuatda yazılanlara baxmayaraq, ABŞ və Şimali Koreya liderlərinin sülh danışıqları ilə bağlı görüşü baş tutmayacaq.

O, əlindən gələni edəcək ki, Koreyanın müharibə istəmədiyini dünyaya göstərsin (nüvə sınaqlarından imtina etmək də daxil), eyni zamanda mümkün olan hər şeylə çalışacaq ki, ABŞ, Yaponiya və bu kimi istənilən aqressora qarşı dayanmaq gücündə olsun.

Ümumiyyətlə, Şimali Koreya qarşılıqlı iqtisadi və siyasi maraqlara əsaslanaraq Çin, hətta Cənubi Koreya ilə əlaqələrini qurmağa başlayacaq. Və bu ölkə yalnız ABŞ-ın boğazında bir sümük kimi qalmaqda davam edəcək.../Teleqraf.com

Xəbər lenti

Çox oxunanlar