Xəzər Xəbər

İkinci Yupiter aşkarlandı Alimlərdən ŞOK AÇIQLAMA

Maraqlı | 17:32 • 18 Aprel 2018
İkinci Yupiter aşkarlandı

Rusiyalı alimlər apardıqları uzunmüddətli tədqiqatların sonunda ikili ulduz sistemində ekzoplanet aşkarlayıblar.

İrkutsk Dövlət Universitetindən olan bir qrup alimdən biri, rəsədxananın elmi işçisi Kiril İvanov bildirib ki, "Kourovka Planet Search" (KPS) layihəsi çərçivəsində aparılan müşahidələr nəticəsində yeni ekzoplanet üzə çıxıb.

Müşahidələrdə rusiyalı alimlər tərəfindən hazırlanan unikal riyazi proqramlardan da istifadə edilib. Proqram köməyi ilə Massaçusets ştatından olan astronomlar ikili ulduz sistemində hər 40 saatdan bir parlaqlığı dəyişən maraqlı obyekti aşkar ediblər. Alimlər iddia edir ki, bu işıqlanma ekzoplaneti xarakterizə edir.

Onlar bunu "KPS-1B" planeti adlandırıb. Ölçülərinə görə, Yupiteri xatırladan obyekti "İkinci Yupiter" adlandırmaq olar. Ekzoplanet "ana" ulduzun ətrafında 4 milyon kilometr uzaqlıqda 1 dövrəni təxminən 41 saata tamamlayır. Alimin sözlərinə görə, yeni ekzoplanetin həcmi Yupiterə nisbətən 9% daha çoxdur. İkinci Yupiter adlandırılan ekzoplanet Yer kürəsindən min işıq ili aralıda yerləşir./publika.az

Xəbər lenti