Xəzər Xəbər

Marsın teleskopun kəşfindən min illər öncə çəkilmiş xəritəsi: Sirr - FOTO

Maraqlı | 13:26 • 18 Aprel 2018
Marsın teleskopun kəşfindən min illər öncə çəkilmiş xəritəsi:

Tarixi İsgəndəriyyə kitabxanası yanan zaman burada saxlanılan əlyazmaların böyük əskəriyyəti itmişdi. Uzun müddətdən sonra araşdırmaçılar həmin əlyazmaların bəzilərini aşkar etdilər.

Teleqraf.com xəbər verir ki, əlyazmalar Vatikan kitabxanasında, Tibet monastrlarında və digər yerlərdə tapılıb. Berlə yerlərdən biri də məşhur erməni kilsəsi olan Üçmüədzindir.

1939-cu ildə Ermənistan SSR-in rəhbərləri qədim papirusları İrəvana toplayıblar. Bu işlərdə erməni araşdırmaçı Viktor Arutyunyan yaxından iştirak edib. Bununla bağlı məlumatlar Viktorun gündəliyində yazılıb. Viktor yazır ki, tapılan papiruslardan birində o, Marsın görüntüsü əks olunan xəritəni aşkar edib. Bu, araşdırmaçını çox heyrətləndirib. Görüntüdə Marsın yaxınlığında peyki də əks olunub.

Halbuki ilk dəfə Marsın peyki 1877-ci ildə aşkar edilib. Buna qədər Yer kürəsində bunu aşkar edə biləcək teleskop olmayıb. Bəs tarixi papirusda bu, necə əks oluna bilərdi?

Qədim insanlar Marsın peyki haqqında necə məlumat almışdı? Bunlar sirr olaraq qalır.

Viktor bunu araşdırmaq istəsə də, istəyinə nail ola bilməyib. Viktorun araşdırmalar aparmaq üçün Avropaya getdiyi zaman Böyük Vətən müharibəsi başlayır və alim naməlum şəraitdə yoxa çıxır.


Xəbər lenti