İmmun sistemi bizi tək virus və mikroblardan deyil, xərçəngdən və bir çox digər ağır xəstəliklərdən qoruyur.
XəzərXəbər milli.az-a istinadən bildirir ki, bu səbəbdən immun
sistemini daim "döyüşə hazır" vəziyyətdə saxlamaq olduqca vacibdir.
Bunun üçün nə etmək lazımdır?
Alimlər sübut edir ki, heç bir dərman, vitamin və s. bu kimi vasitələrin
köməyi ilə immuniteti möhkəmləndirmək mümkün deyil. Sağlam qidalanma və
həyat tərzi güclü immun sisteminin əsas mənbələridir.
Cənubi Kaliforniya (ABŞ) Universitetinin alimləri son elmi araşdırma
zamanı aşkar ediblər ki, qızamüddətli aclıq immun sisteminin
yenilənməsinə kömək edir.
Maide.Az "saglamolun.az"-a istinadən xəbər verir ki, alimlər xüsusi
eksperiment aparıblar. Eksperiment iştirakçıları yarım il ərzində
müəyyən fasilələrlə 2-4 gün ac qalıblar.
Analizlər göstərib ki, aclıq zamanı orqanizm özü-özünü bərpa etməyə
başlayır, zədələnmiş hüceyrələrdən (o cümlədən xərçəng hüceyrələrindən)
azad olunur. Həmçinin bu zaman çoxlu sayda leykositlər (immun
hüceyrələri) dağılır. Bu isə immun sistemində yenilənmə proseslərini
sürətləndirir.
Bundan əlavə qısamüddətli aclıq zamanı orqanizm ehtiyatda olan qlükoza, ketonlar, piyləri istifadə etməyə başlayır.
Analizlər göstərib ki, eksperiment iştirakçılarının bədənində
proteinkinaza A elementinin azalması müşahidə olunur. Bu elementin
orqanizmdə artması xərçəngin riskini artırır.
Bundan əlavə qısamüddətli aclıq artıq çəkidən azad edir, qanda piylərin
səviyyəsini azaldır və orqanizmdə qocalma proselərini ləngidir.