Xəzər Xəbər

Köpdən əziyyət çəkənlərə möcüzəvi Üsul

Maraqlı | 11:39 • 25 Fevral 2018
Köpdən əziyyət çəkənlərə möcüzəvi

Süd zərdabı bağırsaq və immun sistemi üçün vacib olan laktozanın mənbəyidir.

Dünyanın bütün müalicə sanatoriyalarında kosmetik və müalicəvi məqsədlə istifadə olunur.

Süd zərdabı bağırsağın mikroflorasını aktivləşdirir, faydalı bakteriyaları artırır, həzmetməni yaxşılaşdırır, İitihab yaradan bakteriyaları məhv edir, qaz, köp yaranmasının qarşısını alır.

Bu primitiv maddə möcüzəvi təsirlə sanki orqanizmi oyadır, normal iş tempinə salır, immuniteti möhkəmləndirir. Müntəzəm istifadə etdikdə, energetik balans yaranır. Məsləhətdir ki, hər gün səhər yeməyindən öncə 1 stəkan içilsin.

Süddən ev şəraitində zərdab süzülməsi qaydası: 1 litr təzə kənd südünü bişirib, bir qaba töküb, isti yerdə turşumağa qoyursuz.

Turşuyandan sonra onu orta odda qaynamağa imkan vermədən qızdırırsız. Qətiyyən qaynamamalıdır.
Sonra soyudub, bir neçə qat tənzifdən süzürsüz. Süzülmüş şəffaf hissə süd zərdabıdır. Tənzifin üzərində qalmış kəsmik kimi hissəni də müxtəlif cür istifadə edib yeyə bilərsiz./axar.az

Xəbər lenti