Xəzər Xəbər

İnsanları izləyən kameralar hazırlanır

Maraqlı | 12:27 • 19 Fevral 2018
İnsanları izləyən kameralar hazırlanır

Qanun pozuntularına yol verən cinayətkarların tez təsbit edilməsi üçün "Nvidia” videokart istehsalçısı maraqlı layihəyə imza atıb.

İstehsalçı şirkət "AnyVision” şirkəti ilə birlikdə əməkdaşlıq çərçivəsində "ağıllı” videomüşahidə sistemi üzərində işə başlayıb. Mühəndislər iddia edir ki, kameralar daim insanların sifətini skan edəcək.

Sistem insanların üzlərini skan etməklə yanaşı, təsviri analiz edən yüzlərlə şəhər kamerasının mövcudluğunu nəzərdə tutan "Nvidia Metropolis” layihəsi çərçivəsində hazırlanır. Alqoritmlər hüquq-mühafizə orqanlarının məlumat bazasına əsaslanır. Burada məqsəd nəticələrin 99 faiz dəqiq olmasına çalışmaqdır. Həmçinin sistem itkin düşmüş insanları da tapa bilir.

Müşahidəçilər qeyd edir ki, texnologiya 1000-lərlə insan həyatını xilas etsə də, digər tərəfdən də vətəndaşların təhlükəsizliyini, anonimliyinə xələl gətirə bilər. "Nvidia” nümayəndələrinin sözlərinə görə, hazırlanan sistemin tam qapalı olması səbəbindən kameralar tərəfindən qeydə alınan bütün informasiya üçüncü şəxslərdən mühafizə edir./publika.az

Xəbər lenti