Xəzər Xəbər

Sürücülər işıqforun qırmızı işığının yanması barədə xəbərdar ediləcəklər

Maraqlı | 08:46 • 22 Yanvar 2018
Sürücülər işıqforun qırmızı işığının yanması barədə xəbərdar ediləcəklər

Yaponiya polisi sürücüləri hərəkət istiqamətində işıqforun qırmızı işığının yanması barədə xəbərdar edən sistem hazırlayıb.


AZƏRTAC xəbər verir ki, Tokionun şimalında yerləşən Saytama prefekturasının polisi tərəfindən hazırlanan bu sistem ötən ilin dekabrından tətbiq olunmağa başlayıb. Həmin sistem infraqırmızı mayakdan istifadə edərək, işıqfor barədə məlumatı avtomobildəki naviqasiya qurğusuna ötürür.


Avtomobilin yol kəsişməsindən təqribən 100 metr məsafədə olduğu zaman işıqforda qırmızı işıq yanarsa, bu zaman maşının naviqasiya displeyində xəbərdarlıq görünür.


Saytamanın rəsmi nümayəndələrinin bildirdiyinə görə, ötən ilin yanvarından noyabradək bu prefekturada sürücülərin işıqforun qırmızı işığının yanmasını vaxtında görməmələri səbəbindən 3 mindən çox yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər lenti