Xəzər Xəbər

Dekabrda Moskvada Günəş 6-7 dəqiqə görünüb

Maraqlı | 18:23 • 17 Yanvar 2018
Dekabrda Moskvada Günəş 6-7 dəqiqə görünüb

Rusiya Meteorologiya Mərkəzinin məlumatına görə, ötən ilin dekabrında Moskvada Günəş cəmi 6-7 dəqiqə görünüb.

Xezerxeber.az məlumat verir ki, mərkəzin rəhbəri Roman Vilfand Günəşin az görünməsinə səbəbin buludlar olduğunu deyib. Bu nəticə ilə 2017-ci il dekabr ayı şəhərin tarixində "ən qaranlıq ay” kimi yadda qalıb.

Mərkəz rəhbəri şəhər sakinlərinin bu səbəbdən depressiyaya düşdüyünü bildirib.

Moskva tarixində bundan əvvəl "ən qaranlıq ay” 2000-ci il dekabr ayında müşahidə olunub. Belə ki, o zaman Günəş yalnız 3 saat görünüb.

Xəbər lenti