Xəzər Xəbər

5 balığa görə şəhərdə aləm bir-birinə dəydi

Maraqlı | 16:01 • 16 Yanvar 2018
5 balığa görə şəhərdə aləm bir-birinə dəydi
Yaponiyanın Qamaqori şəhərindəki supermarketdə zəhəri ayrılmayan 5 balıq satışa çıxarılıb. Fuqu balıqlarının zəhərli sayılan cigərləri ayrılmadan əhali tərəfindən alınıb.

"The Guardian"ın verdiyi məlumta görə, 5 ədəd balığın kimlər tərəfindən alındığı məlum olmadığı üçün şəhərdə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyətdən sonra balıqlardan üçü tapılıb, digərlərinin isə axtarışları davam edir.

Qeyd edək ki, Fuqo balığından əsasən delikates hazırlanarkən istifadə olunur. Balığın ciyəri isə zəhərli sayıldığı üçün onu qəbul edən şəxs iflic olur və nəfəs ala bilməyərək ölür./FaktXəbər

Xəbər lenti