Xəzər Xəbər

"Uber" taksi 10 kilometrlik məsafəyə 24 min manat aldı İNANILMAZ OLAY - FOTO

Maraqlı | 15:58 • 13 Dekabr 2017
"Uber" taksi 10 kilometrlik məsafəyə 24 min manat aldı

Çoxsaylı onlayn taksi xidmətlərindən olan "Uber" Kanadada müştərinin başına oyun açıb.

Şirkət müştərini ünvandan 21 dəqiqəlik məsafədə yerləşən başqa bir ünvana (8-10 kilometrlik məsafə) aparmaq üçün ondan 18 min 518 dollar (24 min 328 AZN) ödəniş edib.

Toronto şəhərində baş verən hadisəni müştəri sosial şəbəkələ vasitəsilə ictimailəşdirib. Şirkət daha sonra bu hadisəyə görə müştəridən üzr istəyib və onun ödənişini geri qaytarıb.

Xatırladaq ki, bu "Uber" şirkəti haqqında yayılan ilk qalmaqal deyil. Daha əvvəllər də belə hadisələr baş verib./publika.az

Xəbər lenti

Çox oxunanlar