Xəzər Xəbər

Saxtakarlardan yeni FIRILDAQ: öz nömrənizdən gələn zənglərə cavab verməyin

Maraqlı | 14:57 • 13 Dekabr 2017
Saxtakarlardan yeni FIRILDAQ:

Əksəriyyət tanımadığı nömrələrdən gələn zənglərə cavab verməməyi üstün tutur. Bəs sizə zənggəldiyində telefonunuzunekranında öz nömrəniz görsənərsə, nə edərsiniz?

Heç bir halda bu cür zənglərəcavab verməyiniz məsləhət görülmür. Çünki dəstəyi götürsəniz, fırıldaqçılarınhiyləsinə aldanmış olacaqsınız.

Bu cür vəziyyətlə qarşılaşmış və zərər çəkmiş bir şəxsin hekayəsinitəqdim edirik:

Texasdan olan Enson Messi ona zəng gəldiyində çox təəccüblənmişdi. Çünki zəng edən elə özü idi. Messi deyir.

Mən telefona cavab verdim və əks tərəfdə mənə hesabımın təhlükə altında olduğu deyildi.

Ondan sosial sığorta nömrəsinin son 4 rəqəmini daxil etməsi istənildi.

Yaxın keçmişdə oğrular bankları yarmaq üçün fiziki gücdən istifadə etməli idi. Hazırda texnologiyanın inkişaf etməsi ilə sizin bank hesabınızdan pul oğurlamaq daha da asanlaşıb.

Saxtakarlarasizin pulunuza yiyələnmək üçün "spufinq" kömək edir. Bu çətin termin sizə yaxın zamanda cibinizdə bir qəpiyin belə qalmayacağını deyir.

Təsəvvür edin gecə yarısı özünüz özünüzə zəng edirsiniz. Fikirləşə bilərsiniz ki, siz gələcəkdən özünüzə zəng edib uduşlu lotoreya biletlərinin nömrəsini deyirsiniz. Siz bu qədər şanslı deyilsiniz.

Bu, zarafat deyil. Sizə zəng edən fırıldaqçılardır. Onların məqsədi sizin şəxsi məlumatlara yiyələnmək və hesabınızı "boşaltmaq"dır.

Deyək ki, marağınıza məğlubolub zəngə cavab vermisiniz. O zaman tez dəstəyi asın. Siz xətdə nə qədər çox qalsanız, fəsadlar da o qədər pis olacaq. Kim bilir, onlar danışıq vaxtı sizin pulunuzla nə edə bilər.

Məsləhət görülür ki, zəngdən dərhal sonra bütün hesablarınızı yoxlayasınız.

Ən yaxşı variant isə bu cür zənglərə cavab verməməkdir. Ən azından kvant fizikası alimlərinin paralel dünyaların varlığını sübut edəcəyi vaxta qədər. Bəlkə həmin zəng gələn zaman dəstəyin o biri başında,doğurdan da, siz ola bilərsiniz./Milli.Az

Xəbər lenti