BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qarşıdakı qışla əlaqədar qaçqın düşərgələrində məskunlaşan milyonlarla Suriya və İraq vətəndaşının həyatının təhlükə qarşısında olmasına dair xəbərdarlıq edib.
Təşkilatın məlumatına əsasən, qaçqınların böyük bir qismi artıq yeddinci ildir ki, çadır düşərgələrində və ya yaşayışa yararsız, istilik sistemi olmayan tikililərdə yaşamaq məcburiyyətdindədirlər. Gözlənilən şaxta, qar, uzunmüddətli yağış və ya tufanlı hava şəraitini nəzərə alaraq, beynəlxalq qurum Yaxın Şərqdə təxminən dörd milyon Suriya və İraq qaçqını üçün qış yardımı proqramına start verib.