Xəzər Xəbər

Boinq -747 təyyarəsi otelə çevrildi - FOTO

Maraqlı | 09:15 • 23 Noyabr 2017
Boinq -747 təyyarəsi otelə çevrildi -

İsveçin paytaxtı Stokholmun "Arlanda” aeroportunda lövbər salmış Boinq -747 təyyarəsi otelə çevrilib.

Xezerxeber.az xarici mediaya istinadən məlumat verir ki, "Jumbo” adlanan otel 85 yer olmaqla 25 nömrədən ibarətdir. Bütün nömrələr vanna otağı, televizor, əşyaların saxlanılması üçün xüsusi rəflər və internetə çıxışla təchiz olunub.

Oteldə bir günlük gecələmək 150-700 dollara başa gəlir.

Xəbər lenti