Xəzər Xəbər

NASA Yupiterdə baş verən fırtınanın görüntüsünü YAYDI

Maraqlı | 16:05 • 20 Noyabr 2017
NASA Yupiterdə baş verən fırtınanın görüntüsünü

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin şimal yarımkürəsində baş verən fırtınanın görüntülərini yayıb.

Fırtınanın fotoları Yupiteri araşdıran "Yuno” kosmik gəmisi tərəfindən çəkilib.

Fırtına zamanı əmələ gələn buludların eni 4 km, uzunluğu isə 8 km olub. Alimlər bu parlaq buludların və onların kölgələrinin Yer kürəsindəki buludlara bənzədiyini bildirib.

Qeyd edək ki, Yupiterdəki fırtına 24 oktyabr saat 10:32-də qeydə alınıb./publika.az

Xəbər lenti